Xəbər lenti

Siyasət 17:07 25.08.2022

Tokayev bu məsələdə Bakının təcrübəsindən yararlanmaq istəyir (ŞƏRH)

"Bu, vacib səfər idi. Türk dvlətlərin birliyinin addım-addım reallaşdığını görürük”.

Bu sözləri Qazaxıstan prezidentinin Azərbaycana səfəri və imzalanan sənədləri əhəmiyyəti barədə Qaynarinfo-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
 
O bildirib ki, Tokayevin bu səfəri Azərbaycan Qazaxıstan əlaqələrində yeni bir səhifənin açılması deməkdir: 

"Prosesə Özbəkistan və Qazaxıstan da fəal şəkildə qoşulur. Bu da tarixi hadisədir. Tokayevin səfəri Qazaxıstanla Rusiya arasında yaşanan böhran fonunda baş verib. O baxımdan Tokayevin Azərbaycan Prezidentilə görüşü onu göstərir ki, Qazaxıstan Prezidenti bu məsələ ətrafında Bakının təcrübəsindən yararlanmaq istəyir. Belə ki, Bakı ilə Moskva arasında əlaqələrdə də probemlər çoxdur. Ancaq bu problemlər böhranlı səviyyəyə çatmayıb. İki ölkə prezidentlərinin görüşündə belə məsələlərin müzakirəsini də istisna etmirəm. 

İndiki halda tranzit və kommunikasiya baxımından Azərbaycan istiqaməti Qazaxıstan üçün də çox vacibdir. Qazaxıstanın Çinlə əlaqələrinin güclənməsi Azərbaycan üçün də böyük imkanlar yaradır. Bu fonda Azərbaycanla Qazaxıstan arasında hansısa müştərək kommunikasiya layihələri də Çindən dəstək ala bilər. Əməkdaşlıq üçün sahələr çoxdur. O cümlədən, humanitar, siyasi və iqtisadi sahələrdə”.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri olduqca məhsuldar olub. Səfər fonunda iki ölkə arasında müxtəlif sahələri əhatə edən 20-dən çox sənəd imzalanıb. 

İmzalanan sənədlər içərisində "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi önəm daşıyır. 

Bundan başqa, prezidentlər arasında "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı da imzalanıb. 

Eyni zamanda, "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”, "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı”, Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş” də imzalanan müqavilələr arasında yer alır. 
 
İki dövlətin əlaqələri həmçinin iqtisadi və humanitar müstəvidə də inkişaf edir. Bu istiqamətdə "Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”, "Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma, o cümlədən həmin qurumlar arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu”, "ADA Universiteti ilə Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Memorandum”, "Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və "QazaqGas” Milli Şirkət” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, "Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti” Səhmdar Cəmiyyəti ilə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair Memorandum”, "Azərbaycan Respublikasının Şuşa şəhərilə Qazaxıstan Respublikasının Türküstan şəhəri arasında qardaşlaşmış əlaqələrin qurulması haqqında protokol”, "Azərbaycan Respublikasının Mingəçevir şəhəri və Qazaxıstan Respublikasının Uralsk şəhəri arasında əməkdaşlıq haqqında Memorandum”, "Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum”, "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”, "Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş”, "Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə "Ticarət Siyasətinin İnkişafı Mərkəzi "QazTrade” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, "Ticarət Siyasətinin İnkişafı Mərkəzi "QazTrade” Səhmdar Cəmiyyəti, "Vəliyev Nahid Abbas oğlu "Tayqa Trade” və "Maslo-Del” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”, "Ticarət Siyasətinin İnkişafı Mərkəzi "QazTrade” Səhmdar Cəmiyyəti, "Cool Infinity” Məhdud Məsuliyyətli Cəmiyyəti və "Foodcity Alliance” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”, "KTZ Express Hong Kong Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti və "ADY Container” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında tərəfdaşlıq haqqında Saziş” imzalanıb. 
 
Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->