Xəbər lenti

Tramp daha bir ölkə prezidentini müharibə ilə hədələdi:
Dünya 10:51 11.12.2025

Tramp daha bir ölkə prezidentini müharibə ilə hədələdi: "Növbə ona da çatacaq"

ABŞ prezidenti Donald Tramp Kolumbiya prezidenti Qustavo Petroya qarşı kəskin bəyanat səsləndirib və faktiki olaraq onu narkoticarətlə mübarizə üzrə regional kampaniyası çərçivəsində hədələyib. 

Qaynarinfo "Politica”ya istinadla xəbər verir ki, siyasətçi bu sözləri jurnalistlərlə söhbəti zamanı deyib.

Əvvəlcə Tramp suala ötəri cavab verərək bildirib ki, Petro haqqında "çox da düşünməyib”. Lakin bir neçə saniyə sonra o, birbaşa hədəyə keçib:

"Kolumbiya çox narkotik istehsal edir. Ona görə də o ağıllanmalıdır, yoxsa növbəti o olacaq. Onun növbəsinə lap az qalıb. Ümid edirəm ki, o, bunu eşidir – növbəti o olacaq”.

Trampın bəyanatı Kolumbiya liderinə qarşı onun ən sərt hədəsi hesab olunur. Həftənin əvvəlində Tramp "Politico”ya müsahibəsində ABŞ-ın narkoticarətlə mübarizə üzrə hərbi əməliyyatlarını Venesueladan Meksika və Kolumbiyaya doğru genişləndirməyi planlaşdırdığını bildirmişdi.

Sentyabrdan başlayaraq ABŞ Karib dənizi və Sakit okeanda narkotik daşıdığı iddia edilən bir sıra gəmilərə zərbələr endirib, həmçinin Nikolas Maduraya təzyiq göstərmək üçün Venesuela sahillərində hərbi mövcudluğunu artırıb.

Payız aylarından etibarən ABŞ ilə Kolumbiya arasında gərginlik əhəmiyyətli dərəcədə artıb. Tramp administrasiyası:

Kolumbiyanın narkotiklərə nəzarət üzrə tərəfdaş statusunu ləğv edib,
Qustavo Petronun vizasını ləğv edib,
maliyyə yardımını azaldıb,
Kolumbiya prezidentini "qanunsuz narkotacir” adlandırıb.

ABŞ rəsmiləri gizlətmirlər ki, Petro istefasında maraqlıdırlar. Lakin bu, Vaşinqtonun müdaxiləsi olmadan da mümkündür: Kolumbiya prezidentinin səlahiyyət müddəti başa çatır və ölkə may ayında keçiriləcək prezident seçkilərinə hazırlaşır.

Kolumbiyanın səfirliyi Trampın bəyanatlarını hələlik şərh etməyib.

Xatırladaq ki, ABŞ Latın Amerikasında narkotrafikə qarşı kampaniyasını aktiv şəkildə genişləndirir. Vaşinqton Karib dənizi və Sakit okeanda narkotik daşıdığı iddia olunan gəmilərə zərbələr endirir, Venesuela sahillərində hərbi mövcudluğu gücləndirir və, Ağ Evin fikrincə, narkotik istehsalı və tranzitinə lazımi müqavimət göstərməyən ölkələrə qarşı daha sərt siyasət elan edir.

Tramp administrasiyası regionun bir neçə ölkəsi ilə tərəfdaşlıq və yardım statuslarını yenidən nəzərdən keçirib və ümumi narkoticarətlə mübarizə strategiyası çərçivəsində təzyiqi artırıb.

Bundan əlavə, ABŞ Venesuela hava məkanının bağlandığını elan edib. Ağ Ev Nikolas Maduronun ölkəni tərk etməsini tələb edir.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->