Türkiyə ABŞ-dan aldığı qazın həcmini artırmaq istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda Türkiyə-Amerika İş Şurasının iclasında bildirib.
Onun sözlərinə görə, Ankara qazı "daha sərfəli şərtlərlə" almağı gözləyir.
"Biz Amerikanın mayeləşdirilmiş təbii qazının region ölkələrinə çatdırılmasında əməkdaşlığa hazırıq", - Türkiyə lideri əlavə edib.
Hazırda Türkiyənin əsas qaz tədarükçüləri Rusiya, Azərbaycan və İrandır.
Alpər
Şərhlər