Dünya 22:44 15.11.2023

Tusk Baş nazir postuna keçəndən sonra Aİ Polşaya maliyyələşdirməni bərpa edəcək – Bloomberg

Müxalifət lideri Donald Tusk Baş nazir postuna keçəndən sonra ilin sonuna kimi Polşa Avropa İttifaqının əlavə maliyyə vəsaitinə çıxış əldə edəcək.
 
Bu barədə Qaynarinfo Bloomberg-ə istinadən xəbər verir

Avropa Komissiyası yaxın həftələrdə Polşa hökumətinin üzv ölkələrinin Rusiya enerjisindən asılılığı aradan qaldırması üçün nəzərdə tutulan təxminən 2,8 milyard avroluq yardımın bir hissəsinə dair tələbini təsdiqləməyi planlaşdırır.

Qapalı danışıqlarda iştirak edən anonim mənbənin sözlərinə görə, Aİ-nin maliyyə nazirləri dekabrın 8-də keçiriləcək iclasda komissiyanın qərarını təsdiqlədikdən sonra, Varşava heç bir şərt olmadan 550 milyon avroya yaxın ilkin maliyyələşdirmə tranşı ala biləcək. Fondlara giriş Tusk vəzifəyə gəldikdən bir neçə gün sonra açılacaq. 

Avropa Şurasının keçmiş prezidenti keçən ay Polşada seçkilərdə qalib gəlib və müxalifət ilə birlikdə səkkiz illik hakimiyyətdən sonra millətçi "Qanun və ədalət” partiyasını hakimiyyətdən uzaqlaşdırmaq planlarını açıqlayıb. 

Tusk bildirib ki, onun prioriteti Polşanın müstəqil institutlarının məhv edilməsi və qanunun aliliyi ilə bağlı narahatlıqlar səbəbindən maliyyələşdirməni dayandıran blokla münasibətləri bərpa etməkdir.

Onun hökuməti ümumilikdə 60 milyard avro vəsait əldə etmək üçün çətin islahatları başa çatdırmalıdır. 

Müxalifət lideri oktyabrın 15-də keçirilən səsvermədən bir neçə gün sonra Brüsselə səfər edərək, bu il maliyyəni ala biləcəyini bildirib. 

"Əlbəttə, biz yeni hökumətin müəyyən sayda islahatların nəzərdə tutula biləcəyini görmək üçün gözləyirik, son aylarda edilənləri qiymətləndirəcəyik",-  Avropanın ədliyyə komissarı Didye Reynders çərşənbə günü Brüsseldə daxili işlər nazirlərinin iclası ərəfisində jurnalistlərə deyib. 

Tuskun müttəfiqləri keçən həftə koalisiya paktı imzalayıblar, lakin yeni koalisiya hakimiyyəti gəlmək üçün gələn aya qədər gözləməli olacaq. Belə ki,  prezident Ancey Duda hökuməti qurmaq üçün ilk olaraq hazırki Baş nazir Mateuş Moravetskiyə şan tanıyıb. 

"Hüquq və ədalət”dən olan Baş nazirin bunu etmək üçün təxminən bir ay vaxtı olacaq və səs çoxluğu olmadan bu, çətin ki, mümkün olsun. Moravetski  höküməti formalaşdıra bilməsə qərar vermə hüququ Tusku təyin etməli olan parlamentə keçəcək. Parlament proseduruna görə, seçkinin  qalibi dekabrın 11-də vəzifəsinin icrasına başlaya bilər. 

Nizami Bağırov