Texnologiya 12:58 01.07.2023

"Twitter"də yeni qadağa - İlon Mask açıqladı

"Twitter" sosial şəbəkəsi məzmuna, eləcə də profillərə baxmaq üçün saytda qeydiyyat tələb etməyə başlayıb. 

Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, indi qeydiyyatdan keçməmiş istifadəçi tvitə baxmaq istəyərkən sayt ondan "Twitter" hesabına daxil olmağı və ya qeydiyyatdan keçməyi təklif edir.

İstifadəçilər hələ də "Google" axtarış nəticələrində görünən və ya digər saytlara daxil edilmiş tvitləri görə bilər. "Twitter"in sahibi İlon Mask bildirib ki, qadağa daimi deyil.

"Bu, müvəqqəti təcili tədbirdir. Bizdə o qədər çox məlumat oğurluğu baş verdi ki, bu, adi istifadəçilər üçün xidmət keyfiyyətini aşağı saldı!” deyə Mask yazıb.

"Twitter" sosial şəbəkəyə maraq yaratmaq üçün uzun müddətdir ki, öz tvitlərinin onlayn mövcudluğuna arxalanır. Məsələn, istifadəçilər tərəfindən hesabları olmayan dostlara və ya kontaktlara tvitlər göndərməklə buna nail olmağa çalışır.

Aydın