Texnologiya 14:23 04.04.2023

"Twitter" loqosunu dəyişdi

"Twitter" sosial şəbəkəsi loqosunu yeniləyib. Desktop versiyasında mavi quş əvəzinə "Dogecoin" kriptovalyuta loqosundakı itin təsviri peyda olub.

Qaynarinfo xəbər verir ki, bu arada, "Dogecoin"in dəyəri 26,65% artaraq 0,101 dollara çatır, əvvəllər ticarət zamanı dəyər 0,104 dollara çatıb ki, bu da 2022-ci ilin noyabrından bəri maksimumdur.

Xatırladaq ki, sahibkar İlon Mask nəhayət keçən ilin payızında "Twitter"i almaq üçün 44 milyardlıq müqaviləni bağlamışdı. O, ağır senzura ilə bağlı geniş tənqidlərə məruz qalan sosial şəbəkənin redaksiya siyasətini liberallaşdıracağına söz verib.

Alpər