Xəbər lenti

Ukrayna əsgərləri qadın baş nazirə mərmisindən hazırlanmış hədiyyə göndərdi (FOTO)
Dünya 17:00 02.09.2023

Ukrayna əsgərləri qadın baş nazirə mərmisindən hazırlanmış hədiyyə göndərdi (FOTO)

Ukrayna hərbçiləri Estoniyanın baş naziri Kaya Kallasa artilleriya mərmisindən hazırlanmış qədəh hədiyyə ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə Estoniya Nazirlər Kabinetinin rəhbəri özü "Facebook"da məlumat verib.

"24-cü briqadanın Ukrayna əsgərləri minnətdarlıq əlaməti olaraq mənə 120 mm-lik artilleriya mərmisindən hazırlanmış qədəh göndərdilər”, deyə baş nazir yazıb.

O əlavə edib ki, hədiyyəni ona sentyabrın 1-də Kiyevdən Tallinə qayıdan Estoniya parlamentinin xarici işlər üzrə komissiyasının sədri Marko Mixelson gətirib. Kallas əsgərlərin hədiyyəsinə müsbət reaksiya verdiyini vurğulayıb.

"Ürəkdən təşəkkür edirəm, biz qələbəyə qədər Ukraynanı dəstəkləməyə davam edəcəyik”, deyə deyə Estoniyanın baş naziri fikrini yekunlaşdırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->