XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ukrayna sülh prosesi ilə bağlı ABŞ-yə yeni təkliflər verib
Dünya23:47 13.08.2026

Ukrayna sülh prosesi ilə bağlı ABŞ-yə yeni təkliflər verib

Ukrayna müharibənin başa çatdırılması istiqamətində sülh prosesi ilə bağlı ABŞ-yə yeni təkliflər təqdim edib.

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.

Zelenski təkliflərin detallarını açıqlamayıb. O, bildirib ki, ABŞ danışıqlar prosesində daha fəal iştirak etməlidir.

Ukrayna liderinin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin müharibəni dayandırmağa hazır deyil və Rusiyaya göstərilən təzyiq hələ də kifayət qədər deyil.

Zelenski eyni zamanda vurğulayıb ki, Ukrayna sülh müqabilində Donbasın nəzarətində qalan hissəsindən imtina etməyə razı olmayacaq. Onun sözlərinə görə, danışıqlarda əsas məsələlərdən biri Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləridir.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Zelenskinin münaqişənin başa çatdırılması ilə bağlı ABŞ tərəfinə təqdim etdiyi təkliflərin Moskvaya məlum olmadığını bildirib.

Ryabkovun sözlərinə görə, Vaşinqton həmin təklifləri Rusiya tərəfinə çatdırmayıb.