Ölkə 22:21 16.02.2022

Vilayət Eyvazov rəis müavinini vəzifəsindən azad etdi

Samux rayon polis şöbəsini müavini sərancama götürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat işləri üzrə rəis müavini Musayev Fikrət Kamal oğlu sərancama götrülüb.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki Samux Rayon Polis Şöbəsinə ötən gün polkovnik-leytenantı Ramil Səfərəliyev rəis təyin olunub.
Xatırladaq ki, Ramil Səfərəliyev daha əvvəl Kəpəz Rayon Polis İdarəsinin əməliyyat üzrə rəis müavini vəzifəsindən çalışıb.