Xəbər lenti

Vüqar Gülməmmədov:
Ekonomiks 13:12 03.06.2025

Vüqar Gülməmmədov: "2 dövlət proqramı üzrə xərclər barədə məlumat verilməyib"

"2024-cü ili əhatə edən əksər dövlət proqramlarının hesabat ili üçün proqnoz və icra məbləğləri barədə məlumatlar göstərilsə də, nəzərdə tutulmuş tədbirlər üzrə əldə olunmuş nəticələr barədə məlumatlar Hesabatda əks etdirilməyib".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Vüqar Gülməmmədov qeyd edib ki,təqdim olunmuş sənəddə 2 dövlət proqramı üzrə xərclər barədə məlumat verilməyib:

"3 dövlət proqramı üçün dövlət büdcəsində vəsait nəzərdə tutulsa da, vəsait icra edilməyib. Hesab edirik ki, dövlət proqramlılığı üzrə məlumatlılığın əks olunması və xərclərin proqramlılıq səviyyəsi üzrə dəqiqləşmələr aparılmalıdır"

Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->