Xəbər lenti

İdman 16:26 20.11.2023

"Vüqar Həşimov Memorial-2023” ilk dəfə bu rayonda keçiriləcək

Görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan "Vüqar Həşimov Memorial-2023” superturniri keçiriləcək.
 
Qaynarinfo-nun məlumatına görə, 10 şahmatçının iştirakı ilə keçiriləcək turnir rapid və blits üzrə təşkil olunacaq. Bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb. 

Sayca 9-cu Vüqar Həşimov Memorialına ilk dəfə Qəbələ ev sahibliyi edəcək. Superturnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığıyla baş tutacaq. 

"Vüqar Həşimov Memorial-2023" ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cu il), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016-cı, 2017-ci il), ABŞ təmsilçisi Fabiano Karuana (2021-ci il), özbəkistanlı Nodirbek Abdusattorov (2022-ci il)  isə bir dəfə turnirin qalibi olublar.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->