Xəbər lenti

Sənət 13:30 09.04.2024

Xalq artisti Aygün Səmədzadənin daha bir mahnısı ermənilər tərəfindən oğurlandı (VİDEO)

Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadənin daha bir mahnısı ermənilər tərəfindən oğurlanıb. 

Qaynarinfo xəbər verir ki, bu dəfə bəstəkarın "Gecikmiş etiraf” mahnısı hədəfə gəlib. 
 


Erməni klarnet ifaçısı Vazgen Qasparyan "Gecikmiş etiraf" mahnısını ifa edərək "YouYube" kanalına yerləşdirib.

Qeyd edək ki, Aygün Səmədzadənin sevilən bəstələrindən biri olan, müğənni Vüsal Hacıyevin ifa etdiyi "Gecikmiş etiraf" mahnısının sözləri Sevinc Çılğına məxsusdur. 


Onu da əlavə edək ki, bundan öncə də Aygün Səmədzadənin bir neçə mahnısı ermənilər tərəfindən oğurlanıb. Belə ki, mərhum Əməkdar artist Aygün Bəylərin ifasında səslənən "Tut ağacı" və Əməkdar artist Lalə Məmmədovanın məşhur "Məktəb illəri" mahnıları dəfələrlə erməni müğənnilər tərəfindən oğurlanıb.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?