"Bilmirəm, nə deyim, çox sevincliyəm. Bütün sənət dostlarıma bu sevinci arzulayıram".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Afaq Bəşirqızı Prezident İlham Əliyevin onunla bağlı Sərəncamından danışarkən deyib.
Aktrisa Prezidentin bu addımını incəsənət xadimlərinə göstərilən diqqət kimi qiymətləndirib:
"Daxili və xarici siyasətlə bağlı işlərin bu qədər çox olduğu bir vaxtda Prezidentin mənimlə bağlı Sərəncamı böyük qayğıdır. Bu mənim üçün böyük hadisədir. Prezident həmişə mənə və bütün digər sənətkarlara diqqət göstərib".
Afaq Bəşirqızı Prezidentə təşəkkür edib:
"Teatrla bağlı problemləri qaldıranda, yaxud da özü onu hiss edəndə hamısını həll edib. Bu, böyük sevincdir".
Qeyd edək ki, Prezident İlham Əliyev Xalq artisti Afaq Bəşirqızını "Şərəf" ordeni ilə təltif edib. Sabah sənətçinin 70 yaşı tamam olur.
Bahar Rüstəmli
Şərhlər