Sənət 13:11 27.05.2023

Xalq artisti Varşavada konsert verdi

Xalq artisti Mənsum İbrahimov rəhbərlik etdiyi "Qarabağ” muğam qrupu ilə birlikdə Polşada konsert lahiyəsi ilə çıxış edib. 

Bu barədə Qaynarinfo-ya sənətkarın özü məlumat verib.

Onun sözlərinə görə, konsert Varşavada Müstəqillik günü və mərhum Prezident Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilib:

"YUNESKO-nun Azərbaycan üzrə milli komissiyasının dəstəyi və Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşava Dövlət Filormoniyasında "Qarabağ” muğam qrupunun iştirakı ilə konsert verdik. Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov, Kamran Kərimov və müğənni Çinarə Məlikzadənin ifasında gözəl ifalar səsləndirildi. Bundan əlavə, mərhum Prezident Heydər Əliyevə həsr olunan sərgi də təşkil olunmuşdu. Konserdə 30-dan çox ölkənin səfiri iştirak edirdi”. 

Mənsum Məmmədov konsertə Varşavada yaşayan soydaşlarımızın da qatıldığını qeyd edib. 

Bahar Rüstəmli