Xəbər lenti

Xalq artistinə məxsus əşyalar Tarix Muzeyinə verildi
Sənət 11:23 06.09.2022

Xalq artistinə məxsus əşyalar Tarix Muzeyinə verildi

Mərhum Xalq artisti Səyavuş Aslana məxsus materiallar Tarix Muzeyinə verilib. 

Qaynarinfo xəbər verir ki, teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslana məxsus olan üç əşya Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi fondu şöbəsinə təqdim edilib.

Nümunələrdən biri S.Aslanın anadan olmasının 50 illiyi münasibətilə 1985-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə ona verilən Fəxri fərman, digəri isə müstəqillik dövründə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən verilmiş fəxri nişanlardır.

Bahar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->