Sənət 12:29 07.04.2023

Xalq artistinin qəbirüstü abidəsi qoyuldu (VİDEO)

Xalq artisti Ramiz Novruzun qəbirüstü abidəsi qoyulub.

Qaynarinfo xəbər verir ki, bu barədə qızı Şəfəq Novruz məlumat verib. Aktyorun məzar daşında sağlığında teatrda, filmlərdə yaratdığı və tamaşaçılar tərəfindən sevilən obrazları həkk olunub. 

Qeyd edək ki, Xalq artisti Ramiz Novruz 67 yaşında 2023-cü il fevralın 21-də dünyasını dəyişib. Sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi. 

Bahar Rüstəmli