Xəbər lenti

Xankəndi və Gəncədə hərbi yürüş keçirildi (YENİLƏNİB)
Foto 11:22 26.06.2025

Xankəndi və Gəncədə hərbi yürüş keçirildi (YENİLƏNİB)

Gəncədə hərbi yürüş keçirilib. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar olaraq Gəncədə bu dəqiqələrdə hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların təntənəli yürüş keçirilib.

Azərbaycan Ordusunun hərbi qulluqçularının marş sədaları altında yürüşləri və hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnıları şəhər sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Şəhərin Nizami Gəncəvi prospektindən başlayan yürüş Heydər Əliyev prospekti və Cavadxan küçəsi ilə davam edib, Atatürk prospektində yekunlaşıb.

Xankəndi şəhərində də 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib. Şəxsi heyət hərbi orkestrin müşayiəti ilə mərkəzi küçələrdə müəyyən edilən marşrutlar üzrə yürüş edib.

Hərbi vətənpərvərlik mahnıları, qələbə marşının sədalarını yerli sakinlər və şəhərin qonaqları maraqla dinləyib. Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb. Bayram yürüşü şəhərin Zəfər meydanında başa çatıb.//Report.az
 
10.44
 
Xankəndi şəhərində silahlı qüvvələri günü münasibəti ilə təşkil olunmuş hərbi yürüşə start verilib.

Yürüş hərbi orkestrin ifasında "Zəfər marşı” sədaları ilə davam etdirilir.

Gəncədə də hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirilir. Yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq Atatürk prospektinə qədər davam edəcək.

Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndirəcəklər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı və Laçın də hərbi yürüş keçirilir.//APA

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->