Xəbər lenti

İdman 14:11 26.06.2025

"Sabah" legioneri ilə yeni müqavilə imzaladı

"Sabah” klubu qapıçısı Stas Pokatilovla müqavilənin müddətini artırıb.

Bu barədə Qaynarinfo-ya paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Qazaxıstan millisinin üzvü ilə mövsümün sonunda başa çatan sözləşmənin müddəti daha bir il uzadılıb.

Qeyd edək ki, Pokatilov 2025-ci ilin yanvarından "Sabah”ın uğurları üçün çalışır. O, son mövsümdə komandanın heyətində ümumilikdə 19 oyun keçirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->