Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar dalana dirənməyib, dialoq davam edir.
Qaynarinfo xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
O, tərəflərin sülh sazişini müzakirə etmək üçün yaxın vaxtlarda görüşəcəyinə ümid etdiyini deyib:
"Mən prosesi çıxılmaz nöqtə kimi qiymətləndirməzdim, çünki belə bir qiymətləndirmə heç bir müzakirənin olmadığı bir vəziyyət tələb edir. Lakin müzakirələr davam etdirilir".
Martın 13-də Ermənistan və Azərbaycan sülh sazişinin 17 mübahisəli bəndinin son iki bəndini razılaşdırdıqlarını bəyan ediblər. İrəvan sənədin imzalanma yeri və vaxtını müzakirə etməyə hazır olduğunu bəyan edib. Azərbaycan tərəfi bu cür müzakirələri vaxtından əvvəl hesab edir. Bakı ölkələr arasında münasibətlərin tənzimlənməsi üçün daha iki tələb irəli sürür: 2022-ci ildən sonra fəaliyyəti dayandırılmış ATƏT-in Minsk Qrupunun buraxılması və Ermənistan konstitusiyasına dəyişikliklər.
Aydın
Şərhlər