Xəbər lenti

Yaqub Zurufçunun oğlu fərqlənmə attestatı aldı
Ölkə 19:29 14.06.2026

Yaqub Zurufçunun oğlu fərqlənmə attestatı aldı

Mərhum Əməkdar artist Yaqub Zurufçunun oğlu Atilla Zurufçu növbəti uğuruna imza atıb.

Atillanın anası Aynur Zurufçu sosial şəbəkə hesabında paylaşım edərək oğlunun 9-cu sinfi uğurla başa vurduğunu bildirib.

O qeyd edib ki, Atilla buraxılış imtahanlarında yüksək nəticə göstərərək fərqlənmə attestatına layiq görülüb. Gənc məzun təhsil göstəricilərinə görə qırmızı attestat əldə edib.

Qeyd edək ki, mərhum sənətçi Yaqub Zurufçu Azərbaycan musiqisinin tanınmış simalarından biri olub. Onun oğlu Atillanın təhsil sahəsində qazandığı uğur sosial şəbəkələrdə də maraqla qarşılanıb. //Musavat.com



--> -->