Xəbər lenti

Yaxın dostlar arasında zehni əlaqə mövcuddur - Alimlər
Dünya 21:21 15.07.2025

Yaxın dostlar arasında zehni əlaqə mövcuddur - Alimlər

Yaxın dostlar təkcə oxşar şəkildə düşünmür, həm də beyin fəaliyyətləri sinxron olur. Bu qənaətə Şanxay Beynəlxalq Araşdırmalar Universitetindən olan bir qrup alim gəlib. 

Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Neuroscience” ("JNeuro”) jurnalında dərc olunub.

Təcrübədə ümumilikdə 175 nəfər iştirak edib, onlardan 47-si neyrovizualizasiya üsulu ilə yoxlanılıb. Bu üsul beyinin quruluşu və fəaliyyəti barədə görüntülər əldə etməyə imkan verir və psixi vəziyyətlər, emosiyalar, idrak prosesləri və neyropatologiyaların öyrənilməsində istifadə olunur.

Tədqiqatın ikinci mərhələsində iştirakçılara reklam çarxları göstərilib və onlardan elanlar və məhsulların cəlbediciliyini qiymətləndirmək xahiş olunub. Məlum olub ki, yaxın dostlar eyni reklama bənzər reaksiya verirlər, halbuki bir-birini tanımayan insanlar arasında fikirlər xeyli fərqli olub. Hətta dostluq nə qədər güclü idisə, stimullara cavab reaksiyaları da bir o qədər çox üst-üstə düşüb.

Beyin taramaları göstərib ki, dostlarda obyektlərin qavranılması, diqqət, yaddaş, sosial qiymətləndirmə və mükafatlandırma sistemi ilə bağlı bölgələr eyni vaxtda aktivləşir. Başqa sözlə, dostların beyinləri reklam və məhsullara demək olar ki, eyni cür reaksiya verib.

Tədqiqat tez-tez "zehni əlaqə" adlandırılan anlayışa elmi izah gətirir. Gündəlik həyatda insanlar bəzən yaxınlarının fikirlərini oxuya bildiyini və reaksiyalarını əvvəlcədən təxmin etdiyini hiss edir. Bu fenomen mistik görünə bilər, lakin əslində real və ölçülə bilən neyron proseslərə əsaslanır.

Alimlərin sözlərinə görə, bir şəxsin beyin aktivliyinə əsaslanaraq yalnız onun öz niyyətlərini deyil, dostunun davranışını – məsələn, müəyyən məhsulu almağa nə dərəcədə hazır olduğunu da yüksək dəqiqliklə proqnozlaşdırmaq mümkün olub. Tədqiqatçılar hesab edir ki, bu nəticələr yaxın münasibətlərin ümumi dünya qavrayışını necə formalaşdırdığını və seçimlərə necə təsir etdiyini aydın şəkildə göstərir. Yeni məlumatlardan marketinq, davranış elmləri və neyropsixologiya sahələrində istifadə oluna bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->