Norveçin yeni kralı vəfat edən monarx V Haraldın oğlu Haakon olub. Taxta çıxan yeni monarx VIII Haakon adını seçib.
Qaynarinfo xəbər verir ki, bu barədə NRK məlumat yayıb.
"Mən VIII Haakon adını qəbul edəcəyəm və atamın, babamın və ulu babamın seçdiyi eyni devizə sadiq qalacağam: "Hər şey Norveç üçün", deyə yeni monarx Nazirlər Kabinetinin iclasında bildirib.
O, hökumətə və ölkə xalqına göstərdikləri dəstəyə görə təşəkkür edib.
VIII Haakon avqustun 17-dən etibarən regent vəzifəsini icra edirdi. Həmin gün onun atası hemolitik anemiyanın müalicəsi zamanı orqanizmdə maye yığılması səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Bu xəstəlik qırmızı qan hüceyrələrinin sayının azalmasına, nəticədə isə güclü yorğunluq və nəfəs darlığına səbəb olur.
Avropanın ən yaşlı monarxı olan V Harald avqustun 28-də səhər saatlarında 89 yaşında vəfat edib.
VIII Haakon 20 iyul 1973-cü ildə anadan olub. Atası taxta çıxdığı 1991-ci ildə vəliəhd elan edilib. Norveçin Horten şəhərində hərbi-dəniz qüvvələrində xidmət edib və ABŞ-da yerləşən ali məktəblərdən birində politologiya üzrə bakalavr dərəcəsi alıb. O, hərbi paraşütçü sertifikatına da sahibdir.
Aydın
Şərhlər