Xəbər lenti

Siyasət 16:27 29.09.2023

Yevlax görüşü başa çatdı (FOTO/YENİLƏNİB)

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, görüşdə Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunub.

15.15
 
Bu gün Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.

Danışıqlarda Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası məsələləri müzakirə olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?