
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə aparat rəhbəri Yuliya Pasternak vəzifəsindən ayrılıb.
Qaynarinfo xitab24.az-a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxıb.
Pasternakın ərizəsi qəbul edilib. Onun hansı səbəbdən işdən ayrıldığı hələlik bəlli deyil.
Rəhbər vəzifələrdə başqa dəyişikliklərin də olacağı gözlənilir.
Qeyd edək ki, Y.Pasternak bu vəzifəyə ötən ilin oktyabrında təyin olunmuşdu.



