Xəbər lenti

İdman 12:21 19.05.2023

Yurgen Klopp dilinin bəlasına düşdü

"Liverpul"un baş məşqçisi Yurgen Klopp, "Tottenhem"lə oyundan sonra hakim Pol Tirnini tənqid etdiyinə görə cəzalandırılıb.

Qaynarinfo xəbər verir ki, alman mütəxəssis bir oyunluq diskvalifikasiya edilib və növbəti mövsümün sonuna qədər təxirə salınan digər cəzası da bunun üzərinə gəlinib. Bu da o anlama gəlir ki, mütəxəssis yalnız mövsümün son matçında komandasına rəhbərlik edə biləcək. İngiltərə Futbol Federasiyasından cəzadan əlavə məşqçinin 75 min funt-sterlinq cərimələndiyi də bildirilib.

Klopp yerli mətbuata sözlərinin uyğunsuz olduğunu, qərəzliliyi nəzərdə tutduğunu, hakimin dürüstlüyünü şübhə altına aldığını, şəxsi, təhqiredici ifadələr işlətdiyini və oyunu gözdən saldığını etiraf edib. "Tottenhem”i 4:3 hesabı ilə məğlubiyyətə uğratdıqları oyundan sonra Klopp açıqlamasında Tierninin onlara qarşı qərəzli qərarlar verdiyini demişdi.  Baş məşqçi Dioqo Jotanın son saniyə qolundan sonra dördüncü hakimlə mübahisə etmək ərəfəsində olduğunu söyləyərək, referini tənqid atəşinə tutmuşdu.

Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?