Xəbər lenti

Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir
Ölkə 15:40 16.10.2025

Zəfər Gününə həsr olunmuş hərbi parada hazırlıq məşqləri keçirilir

Bakıda noyabrın 8-də Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.

Bu baradə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.

Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->