Xəbər lenti

100 milyon avroluq təklifdən imtina etdi
İdman 10:01 04.06.2025

100 milyon avroluq təklifdən imtina etdi

Fransalı mütəxəssis Zinəddin Zidan Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan baş məşqçi postunu tutmaq üçün təklif alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın "LʼÉquipe" nəşri məlumat yayıb.

Bildirilir ki, Zidan karyerasını bərpa edə bilər və hazırda onun qarşısında bir neçə variant var. Onlardan biri də "Əl-Hilal" klubunun təklifi olub. Klub məşqçiyə illik məvacibi 100 milyon avrodan çox olan bir illik müqavilə təklif edib. Lakin Zidan bu təklifdən imtina edib.

Jurnalistlər onu da qeyd ediblər ki, Zidan fərqli bir layihəyə rəhbərlik edə bilər. Bu kontekstdə Fransa millisinin adı çəkilir. Hazırda Fransa yığması dünya çempionatının seçmə oyunlarına hazırlaşır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->