Xəbər lenti

11 il sonra Super Liqada...
İdman 11:34 13.04.2023

11 il sonra Super Liqada...

Növbəti mövsümdə Türkiyə Super Liqasında iştirak edəcək komandalardan birinin adına aydınlıq gəlib.

Qaynarinfo xəbər verir ki, "Samsunspor" 2022/23 mövsmündə Super Liqaya vəsiqəni təmin edib. 

Sonuncu dəfə 2011/12 mövsümündə əsas liqada mübarizə aparan Qara dəniz təmsilçisi çempionatı 16-cı pillədə başa vuraraq aşağı liqaya düşüb. 11 ildən sonra "Samsunspor" azarkeşlərinə yenidən Super Liqa sevincini yaşatdı.

Spor Toto 1-ci Liqada yaxşı mövsüm keçirən və 20 oyunluq məğlubiyyətsizlik seriyası olan "qırmızı-ağlar" 32-ci həftədə "Eyüpspor"un "Gənclərbirliyi"nə 2:0 hesabı ilə məğlubiyyətindən sonra mövsümün bitməsinə 6 həftə qalmış Super Liqaya vəsiqəni təmin edib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->