Xəbər lenti

İdman 10:16 28.09.2023

2000-ci illərin ən yaxşı futbolçuları (SİYAHI)

"Barselona"nın və Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Ronaldinyo "FourFourTwo" tərəfindən 2000-ci illərin ən yaxşı futbolçusu seçilib.

Qaynarinfo xəbər verir ki, Böyük Britaniya jurnalı 21-ci əsrin ilk onilliyində ən yaxşı çıxış edən 50 oyunçunun reytinqini tərtib edib

Ronaldinyo Braziliya millisi ilə 2002-ci ildə dünya çempionu olub. 2004 və 2005-ci illərdə Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən dünyanın ən yaxşı futbolçusu seçilib. 2005-ci ildə braziliyalı "Qızıl top"u qazanıb. Müxtəlif vaxtlarda "Qremio", "Flamenqo", "Atletiko Mineyro", "Fluminense", "Queretaro", PSJ və "Milan"da çıxış edib. O, 2018-ci ildə karyerasını bitirib.

2000-ci illərin ən yaxşı 10 futbolçusu.

1. Ronaldinyo (Braziliya)
2. Zinəddin Zidan (Fransa)
3. Kaka (Braziliya)
4. Tyerri Anri (Fransa)
5. Kriştiano Ronaldo (Portuqaliya)
6. Xavi (İspaniya)
7. Ronaldo (Braziliya)
8. Andres İnyesta (İspaniya)
9. Zlatan İbrahimoviç (İsveç)
10. Lionel Messi (Argentina)

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->