Türkiyənin ABŞ-a ixracatı bu ilin ilk 5 ayında 2021-ci ilin eyni dövrünə görə yüzdə 28,6 artaraq 6 milyard 72 milyon 901 min dollara çatıb.
Qaynarinfo bu barədə TRT-yə istinadən xəbər
verir.
Türkiyənin ABŞ-a ixracatı bu ilin ilk 5 ayında 2021-ci ilin eyni dövrünə görə yüzdə 28,6 artaraq 6 milyard 72 milyon 901 min dollar olub.
Türkiyə İxracatçılar Məclisinin məlumatına görə, bu ilin ilk 5 ayında Türkiyənin ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 20,4% artaraq 102 milyard 504 milyon dollara çatıb.
Türkiyənin ABŞ-a ixracatı bu ilin ilk 5 ayında keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 28,6 artaraq 6 milyard 72 milyon 901 min dollara çatıb. Türkiyə ixracatında ABŞ-ın payı 6,52% olub.
Bu dövrdə kimyəvi materialların və məhsulların böyük hissəsi Türkiyədən ABŞ-a ixrac edilib. Bu ilin ilk 5 ayında ABŞ-a kimya və kimya məhsulları ixracı 55,2 faiz artaraq 682,7 milyon dollar olub.
M.Arif
Şərhlər