"Virusun pandemiyaya səbəb olma ehtimalı hər zaman mövcuddur, amma bunların hamısı fərziyyələrdir".
Qaynarinfo xəbər verir ki, bunu viroloq Viktor Larıçev gazeta.ru-ya bildirib.
Onun sözlərinə görə, narahat olmaq üçün obyektiv səbəblər yoxdur:
"Gəlin xəyali fikirlər söyləyək, amma Yer kürəsi oxu üzrə hərəkət edəcək. Bunların hamısı proqnozlar, fərziyyələrdir - bəlkə olacaq, bəlkə yox. Bunlar sadəcə boş söhbətlərdir".
O qeyd edib ki, insanlar müxtəlif viruislara qarşı peyvənd olunmaqdan çəkinmir. Məsələn, qızılca peyvəndi əksər ölkələrdə məcburi peyvəndlər cədvəlinə daxildir. Viroloq əlavə edib ki, meymunçiçəyinə qarşı da böyük sayda insan peyvənd olunub. Larıçev vurğulayıb ki, pandemiya haqqında bütün sözlər sadəcə qorxutmaq məqsədilədir.
Bundan əvvəl "Daily Star" xəbər portalı yazmışdı ki, yeni qlobal pandemiyanın yüksək ehtimalı mövcuddur və proqnozlara görə bu, 2026-cı ildə baş verə bilər - yeni pandemiya şərti olaraq "X xəstəliyi" adlandırılıb. Nəşrin məlumatına görə, dörd virus aktiv şəkildə inkişaf edir və yeni pandemiyaya səbəb ola bilər. Potensial təhdidlər siyahısına meymunçiçəyi, qızılca, quş qripi və Oropuche virusu daxildir.
Aydın
Şərhlər