Xəbər lenti

45 yaşdan sonra qidalanma: Diyetoloqların məsləhət gördüyü 8 məhsul
Sağlamlıq 09:21 04.09.2025

45 yaşdan sonra qidalanma: Diyetoloqların məsləhət gördüyü 8 məhsul

40 yaşdan sonra sağlamlıq məsələlərinə yanaşma dəyişir: artıq xroniki xəstəliklər – xərçəng, ürək-damar problemləri və demensiya – gündəlik narahatlıq mövzusuna çevrilir. Yaşlanmanı dayandıracaq "möcüzəvi qida" mövcud olmasa da, bu dövrdə sağlam qidalanma vərdişlərinin formalaşdırılması gələcəkdə ciddi xəstəliklərin riskini azalda bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Eatingwell" məlumat yayıb.

Diyetoloqların sözlərinə görə, 45 yaşdan sonra gündəlik menyuda mütləq yer almalı olan 8 məhsul bunlardır:

1. Zeytun yağı

Zeytun yağı digər yağlarla müqayisədə daha sağlam yağ tərkibinə malikdir və antioksidant xüsusiyyətli polifenollarla zəngindir. Araşdırmalar göstərir ki, gündə yarım xörək qaşığı zeytun yağı demensiyadan ölüm riskini 28 faiz azalda bilər.

2. Qoz-fındıq

Qoz-fındıq tez-tez istifadə olunduqda 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinin riskini azaldır. Xüsusilə qoz sağlam qocalma üçün faydalıdır.

3. Tünd yaşıl yarpaqlı tərəvəzlər

Rukola, ispanaq, kale və manqold kimi tərəvəzlər beyin funksiyalarını, ürək sağlamlığını və sümük möhkəmliyini dəstəkləyir. Onların tərkibindəki fol turşusu və antioksidantlar idrak qabiliyyətinin zəifləməsini ləngidir.

4. Kətan toxumu

Cəmi iki xörək qaşığı kətan toxumu gündəlik lif ehtiyacının 14 faizini təmin edir. Onun tərkibindəki fitoestrogenlər 40 yaşdan sonrakı qadınlarda estrogen balansını dəstəkləyərək perimenopauza simptomlarını – isti basmalar və gecə tərləmələrini – yüngülləşdirir.

5. Teff

Əsrlər boyu Efiopiya mətbəxində istifadə olunan bu qlüten­siz dənlik qida lifləri ilə zəngindir. Davamlı istifadəsi həzm sistemini və ürək sağlamlığını gücləndirir, uzunömürlülüyə müsbət təsir göstərir.

6. Yunan yoqurtu

Bağırsaq mikrobiomu yaş artdıqca sağlamlığın əsas göstəricisinə çevrilir. Yunan yoqurtu probiotiklərlə zəngindir, əzələ kütləsinin azalmasının qarşısını almaq üçün zəruri olan proteini təmin edir və beyinə faydalı olan xolin maddəsini ehtiva edir.

7. Giləmeyvələr

Antioksidantlarla zəngin giləmeyvələr oksidləşmə və iltihab proseslərinə qarşı mübarizə aparır. Onların müntəzəm istifadəsi beyni yaşlanmanın mənfi təsirlərindən qoruyur.

8. Yağlı balıq

Somon, alabalıq və skumbriya kimi balıqlar ürək və beyin sağlamlığı üçün ən faydalı məhsullardandır. Onların tərkibindəki omega-3 yağları iltihabı azaldır, hormonal tarazlığı qoruyur və menopauza ilə bağlı simptomları yüngülləşdirir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->