Xəbər lenti

Tramp Ukraynadakı müharibə ilə bağlı yeni bəyanat verdi
Dünya 10:40 04.09.2025

Tramp Ukraynadakı müharibə ilə bağlı yeni bəyanat verdi

ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında sülh sazişinə nail olmaq niyyətindən imtina etməyib, baxmayaraq ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında şəxsi danışıqların perspektivi ilə bağlı qeyri-müəyyənlik artır.

Qaynarinfo xəbər verir ki, bu haqda Tramp "CBS News"a müsahibəsində bildirib.

"Mən bunu izlədim, gördüm və bu barədə Putinlə də, Zelenski ilə də danışdım. Nəsə baş verməlidir, amma onlar hələ hazır deyillər. Ancaq nəsə baş verməlidir. Biz bunu edəcəyik”, – Tramp deyib.

O, Rusiya və Ukrayna arasında qan tökülməsindən narazı olduğunu, lakin sülh sazişinə nail olmaq üçün çalışmaqda davam edəcəyini qeyd edib.

"Düşünürəm ki, biz hər şeyi yoluna qoyacağıq. Açığı, mən elə bilirdim ki, Rusiya müharibəsi dayandırdığım ən asan müharibələrdən biri olacaq, amma görünür, bu, bəzi digər münaqişələrdən bir qədər çətindir”, – deyə Ağ Evin rəhbəri etiraf edib. Maraqlıdır ki, bu etiraf Trampın daha əvvəlki "müharibəni 24 saat ərzində dayandıracağı” barədə bəyanatları ilə tam ziddiyyət təşkil edir.

Bundan əlavə, Tramp Alyaskada Putinlə uğursuz görüşdən sonra yaxın günlərdə Ukraynadakı müharibə ilə bağlı danışıqlar aparacağını açıqlayıb. Ağ Ev rəsmisinin sözlərinə görə, Trampın Zelenski ilə telefon danışığı bu gün gözlənilir.

Tramp paylaşımında bildirib ki, onun diplomatik danışıqlara yanaşması – istər Rusiya və Ukrayna ilə, istərsə də başqa müharibə aparan ölkələrlə olsun – əsas liderləri bir araya gətirmək, ABŞ vasitəçiliyi ilə razılıq əldə etmək və heç bir imkanı istisna etməməkdən ibarətdir. Onun sözlərinə görə, bu yanaşma səbir tələb edir.

Xatırladaq ki, avqustun ortalarında Tramp Alyaskada Putinlə danışıqlar aparıb, lakin onlar nəticəsiz qalıb. Bunun ardınca Trampın Ukraynadakı müharibəni dayandırmaq cəhdləri xeyli zəifləyib.

Bu vaxt Rusiya Ukraynaya zərbələrini daha da gücləndirib, son hücum isə məhz ötən gecə baş verib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->