Xəbər lenti

550 milyon pulu var, amma... -
Maqazin 11:07 07.05.2026

550 milyon pulu var, amma... - "Uşaqlarım miras gözləməsin, özləri qazansın"

Musiqi dünyasının 74 yaşlı ulduzu Stinq (Gordon Matthew Thomas Sumner) böyük sərvətini övladlarına buraxmaq istəmədiyini açıqlayan məşhurlar sırasına qoşulub. 

Qaynarinfo xəbər verir ki, "CBS Sunday Morning" proqramına verdiyi son müsahibədə 74 yaşlı musiqiçi mirasla bağlı fəlsəfəsini bölüşüb və "bir uşağa işləmək məcburiyyətində deyilsən" deməyin ona edilə biləcək ən pis şey olduğunu" düşündüyünü bildirib.



"Bunu bir növ sui-istifadə hesab edirəm və ümid edirəm ki, heç vaxt bu səhvi etmərəm", deyən Stinq övladlarının güclü iş etikası ilə böyüdüyünü vurğulayıb və bunun həm genetik, həm də tərbiyə ilə formalaşdığını qeyd edib. O, uşaqlarına "Mən sizin yaşayış və təhsil xərclərinizi ödəmişəm. Ayaqlarınızda ayaqqabı var. Gedin işləyin" dediyini bildirib.



Stinq bunu sərtlik kimi yox, əksinə, övladlarına xeyirxahlıq və onların öz yollarını tapacaqlarına inam kimi izah edib.

Məşhur musiqiçi 1970–1980-ci illərin ən uğurlu qruplarından biri olan "The Police" qrupunun solisti, bas gitaristi və bəstəkarı kimi tanınıb. Qrupla birlikdə 5 studiya albomu buraxıb, 6 "Grammy" mükafatı qazanıb və 2003-cü ildə "Rock and Roll Hall of Fame"ə daxil edilib.



1985-ci ildə "The Dream of the Blue Turtles” adlı caz albomu ilə solo karyerasına başlayan Stinq daha sonra da böyük uğurlar əldə edib. O, ümumilikdə 11 "Grammy" mükafatı, bir "Altın Qlobus", bir "Emmy" mükafatı, "Kennedy Center" mükafatı və 4 dəfə "Ən yaxşı orijinal mahnı” nominasiyasında "Oskar" namizədliyi qazanıb.



Onun sərvətinin təxminən 550 milyon dollar olduğu bildirilir.

Stinq sərvətini yaşadığı müddətdə xərcləməyi və həyat yoldaşı Trudi Stiler ilə birlikdə yaratdıqları fondlar və xeyriyyə işlərinə yönəltməyi üstün tutur. O, övladlarını tamamilə dəstəksiz qoymur: onların təhsilini və əsas ehtiyaclarını qarşılayır, lakin "miras rahatlığına” alışmalarını istəmir.

Müğənniyə görə, hazır sərvət insanın motivasiyasını və işləmək istəyini azalda bilər. O, övladlarının öz uğurlarını qazanmasını və pulun dəyərini əmək vasitəsilə anlamasını vacib sayır.



Stinqin 6 övladı var: ilk həyat yoldaşı Franses Tomeltidən Co və Keyt Sumner, ikinci həyat yoldaşı Trudi Stilerdən isə Miki, Cek, Koko və Luke dünyaya gəlib

Aydın
--> -->