Xəbər lenti

Xalq artisti qızı hüquq fakültəsindən məzun oldu
Maqazin 19:23 24.06.2026

Xalq artisti qızı hüquq fakültəsindən məzun oldu

Xalq artisti Səkinə İsmayılovanın qızı ikinci dəfə məzun olub.

Bu barədə xanəndə Qaynarinfo-ya sənətçi özü açıqlama verib. O bildirib ki, qızı ikinci ali təhsili Naxçıvanda alıb:

"Qızım hüquq fakültəsini başa vurdu. Birinci ali təhsilini Qərb Universitetində alıb. Ailəlidir. Çox sevincliyəm. Sevincimin həddi-hüdudu yoxdur. Gün gəlsin ki, adımı daşıyan balaca nəvəmdə ali məktəb məzunu olsun. Allah mənə o günü görməyi nəsib etsin. Nəvəmin adı Səkinədir. Bu adı onların özü qoyub".

Bahar Rüstəmli
--> -->