ABŞ Ölüm Cəzası Məlumat Mərkəzinin məlumatlarına görə, 64 yaşlı Harold Nikols bu il edam edilən 46-cı məhbus olub.
Qaynarinfo xəbər verir ki, bu, son 15 ildə ölkədə bu il edam edilən ən yüksək rəqəmdir. ABŞ-da bu qədər insan sonuncu dəfə 2010-cu ildə edam edilib.
Nikols təcavüz və qətl ittihamı ilə edama məhkum edilib. 1988-ci ildə onun qurbanı 20 yaşlı tələbə olub. O, həmçinin digər qadınlara hücum etdiyini etiraf edib və 35 il əvvəl ölüm cəzası alıb. Edamından qısa müddət əvvəl etdiyi cinayətlər barədə "Üzr istəyirəm" deyib.
ABŞ-da edam cəzası 2021-ci ildə Co Bayden tərəfindən tətbiq edilən moratoriuma əsasən dayandırılıb. Lakin bu ilin yanvar ayında hakimiyyətə qayıdan Donald Tramp moratoriumu ləğv edib.
Aydın
Şərhlər