"Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə amnistiya aktı imzalana bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, ilin sonunda bununla bağlı qərarın verilməsi gözlənilir:
"Hazırda bununla bağlı məlumatlar yayılır. Milli Məclis tərəfindən amnistiya qərarı verilə bilər. 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib. Bu Azərbaycanın həyatında böyük bir hadisədir. Bu il həm də Zəfərimizin 5-ci il dönümüdür".
Qeyd edək ki, sonuncu dəfə amnistiya 2021-ci ildə elan edilib.
Bahar Rüstəmli
Şərhlər