Xəbər lenti

ABŞ-da vətəndaş müharibəsindən 200 il sonra... - Trampa qarşı
Dünya 23:49 08.09.2023

ABŞ-da vətəndaş müharibəsindən 200 il sonra... - Trampa qarşı

ABŞ-da vətəndaş müharibəsindən sonra 14-cü düzəliş qəbul edilib. Bu düzəliş Birləşmiş Ştatlara qarşı "üsyanda iştirak edən şəxsə” prezidentlik və ya hər hansı digər dövlət vəzifəsini tutmağı qadağan edir. 2021-ci il yanvarın 6-da Tramp tərəfdarlarının ABŞ Kapitoliyasına hücumu bu vəziyyətə yenidən diqqəti cəlb edib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazır. 

Hüquq professorları Uilyam Baud və Maykl Stouks Polsen iddia edirlər ki, bu, Donald Trampı yenidən dövlət vəzifəsində işləmək hüququndan məhrum edir. Analoji iddianı Koloradoda bir qrup seçici qaldırıb. 

Ayrı-ayrı ştatların seçki rəsmiləri Trampın namizədliyini qadağan etməyə cəhd edə bilər, lakin bu, şübhəsiz ki, məhkəmə çəkişməsinə səbəb olacaq. 6 sentyabr 2025-ci ildə toplanacaq Seçicilər Kollegiyası da bu əsaslarla Trampı diskvalifikasiya edə bilər. Bu da öz növbəsində Nümayəndələr Palatasının prezidenti seçməsinə səbəb ola bilər. Belə hal 200 ildir ki, baş verməyib. 

Nümayəndələr Palatasının hazırkı tərkibini nəzərə alsaq, bu, çox güman ki, respublikaçı və böyük ehtimalla Tramp olacaq. Bununla bağlı sual yaranır: Tramp özünü əfv edə biləcəkmi? O, müxtəlif ştatlarda törədilmiş cinayətlərə görə bunu edə bilməyəcək. Federal cinayətlərə gəlincə, hüquqi rəylər fərqlidir. Bəziləri 1974-cü ildə Uotergeyt qalmaqalı ilə bağlı Riçard Niksona verilən hüquqi rəyə müraciət edirlər. Orada deyilir ki, heç kim öz işində hakim ola bilməz və prezident özünü əfv edə bilməz. Ancaq dolayı həll yolu var. Prezident öz səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezidentə həvalə edə bilər, o da öz növbəsində səlahiyyətlərini icra edərkən əfv fərmanı imzalaya bilər. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->