XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Gürcüstan DTX-nın rəhbəri istefa verdi, nazir müavini oldu
Dünya14:24 14.09.2026

Gürcüstan DTX-nın rəhbəri istefa verdi, nazir müavini oldu

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Geka Geladze vəzifəsindən istefa verib.

Qaynarinfo xəbər verir o, fəaliyyətini başqa dövlət qurumunda davam etdirəcəyini bildirib. Bu barədə “Gürcüstanın Birinci kanalı” məlumat yayıb.

“Mən siyasi rəhbərliklə məsləhətləşmələrin nəticələrinə əsasən fəaliyyətimi başqa dövlət qurumunda davam etdirəcəyəm və orada da tam məsuliyyətlə ölkəmizin və cəmiyyətimizin maraqlarına xidmət etməyə davam edəcəyəm. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti üzərinə qoyulmuş mühüm vəzifələri bundan sonra da şərəflə yerinə yetirəcək və ölkənin təhlükəsizliyini qoruyacaq”, deyə Geladzenin bəyanatında qeyd edilir.

Artıq Geka Geladzenin yeni vəzifəsi də müəyyənləşib. O, daxili işlər nazirinin müavini vəzifəsini tutacaq. Bu barədə Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

O qeyd edib ki, Geka Geladze bilik və təcrübəsi ilə Gürcüstanın Daxili İşlər Nazirliyindəki komandanı əhəmiyyətli dərəcədə gücləndirəcək.

Qeyd edək ki, Geka Geladze 2026-cı ilin aprelindən Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinə rəhbərlik edib. Həmin vaxt parlament onu altı il müddətinə bu vəzifəyə təsdiqləyib. Bundan əvvəl Geladze daxili işlər naziri vəzifəsində çalışıb. 2023–2024-cü illərdə isə Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini olub.

Aydın