XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələrin sayı artır
Ölkə14:37 14.09.2026

Azərbaycan pasportu ilə vizasız gedə biləcəyiniz ölkələrin sayı artır

"Azərbaycan pasportunun gücü göz qabağındadır, getdikcə güclənir və hara ki, Azərbaycan vətəndaşı vizasız gedə bilər, bu ölkələrin sayı artır. Onların sayı artıq 20-ni ötüb. Burada ümumvətəndaş pasportundan söhbət gedir".

Qaynarinfo "Unikal"a istinadən xəbər verir ki, bunu Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Səməd Seyidov deyib.

"180 günün 90 günü çərçivəsində Azərbaycan vətəndaşı vizasız İordaniyada tam sərbəst qala bilər. Bu, böyük nailiyyətdir", - deyə komitə sədri bildirib.