XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı
Dünya19:00 13.09.2026

Alimlər kainatın nə vaxt sona çatacağını proqnozlaşdırdı

Alimlər kainatın sonunun nə vaxt baş verə biləcəyini hesablayıblar. Nəticələr Kornell Universiteti, Şanxay Tsyaotun Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları tərəfindən əldə edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Mirror” yazıb.

Tədqiqata görə, NASA ekspertlərinin də dəstəklədiyi nəzəriyyə əsasında kainat maksimum genişlənmə həddinə çatdıqdan sonra kiçilməyə başlayacaq və nəticədə yenidən bir nöqtəyə çökəcək. “Böyük sıxılma” adlandırılan bu hadisə mahiyyət etibarilə kainatın yaranmasını izah edən geniş qəbul olunmuş “Böyük partlayış” nəzəriyyəsinin əks prosesi olacaq. Həmin nəzəriyyəyə görə, kainat maddə, məkan və zamanın yaranmasına səbəb olan vahid nöqtədən meydana gəlib.

Alimlərin hesablamalarına görə, “Böyük sıxılma” “Böyük partlayış”dan təxminən 33,3 milyard il sonra baş verəcək. Kainatın hazırkı yaşının 13,8 milyard il olduğu nəzərə alınarsa, tədqiqatın nəticələrinə əsasən, Yer və digər planetlərin tamamilə məhv olmasına təxminən 20 milyard il qalır.

Alimlərin sözlərinə görə, tədqiqat kainatın elastik qüvvə onun genişlənməsindən daha güclü olana qədər genişlənməyə davam edəcəyi nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyədə əsas rolu qaranlıq enerji oynayır. Qaranlıq enerji kainatın müşahidə olunan sürətlənən genişlənməsini izah etmək üçün onun riyazi modelinə daxil edilmiş hipotetik enerji növüdür.

Nəşr qeyd edir ki, alimlər uzun illər qaranlıq enerjini kosmik genişlənmənin hərəkətverici qüvvəsi hesab ediblər. Lakin son dövrlərdə əldə olunan kəşflər bu qüvvənin sabit olmaya biləcəyini düşünməyə əsas verib. Bu isə kainatın genişlənməsinin müəyyən həddi olduğunu və həmin hədd keçildikdən sonra onun yenidən kiçilməyə başlayacağını göstərir.

Yeni nəzəriyyəyə əsasən, kainat genişlənməyə davam edəcək, lakin getdikcə daha yavaş sürətlə. Onun ölçüsü maksimum həddə – hazırkı ölçüsündən təxminən 69 faiz böyük həcmə – çatdıqdan sonra tədricən kiçilmə prosesi başlayacaq.

Aydın