Pentaqon Çin hərbi təlimləri ilə əlaqədar vəziyyəti izləmək üçün "USS Ronald Reagan” aviasiya daşıyan gəmisini qeyri-müəyyən müddətə Tayvan sahilləri yaxınlığında saxlamaq qərarına gəlib.
Bu barədə Qaynarinfo "Politico”ya istinadən xəbər
verir.
Ağ Ev bildirib ki, Tayvan ətrafında vəziyyəti gərginləşdirmək niyyətində deyillər, lakin hələlik Tayvan sularını tərk etməyi planlaşdırmırlar.
ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq Pekin ada ətrafında döyüş atəş təlimləri, raket zərbələri və döyüş gəmiləri manevrlərinə başlayıb.
Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Çin Tayvan ətrafında müasir silahlardan, xüsusən də DF-17 hipersəs raketlərindən və "gözəgörünməz” J-20 qırıcılarından istifadə etməklə hərbi təlimlər keçirir.
Nizami Bağırov
Şərhlər