Xəbər lenti

ABŞ Ukraynada Rusiya Baş Qərargah rəisinin məhv edilməsinin qarşısını necə alıb? - NYT
Dünya 12:16 18.12.2022

ABŞ Ukraynada Rusiya Baş Qərargah rəisinin məhv edilməsinin qarşısını necə alıb? - NYT

ABŞ Ukrayna hərbçilərinin Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovu döyüş bölgəsinə gələn zaman onu məhv etmək cəhdinin qarşısını almağa çalışıb.

Qaynarinfo bu barədə "The New York Times"a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, ABŞ rəsmiləri Gerasimovun Ukraynaya səfər etməyi planlaşdırdığını öyrənsələr də, bu məlumatı ukraynalılarla bölüşməyiblər. Onlar qorxublar ki, onun həyatına qəsd Rusiya ilə ABŞ arasında müharibənin başlamasına səbəb ola bilər.

NYT əlavə edir ki, buna baxmayaraq, Ukrayna tərəfi Rusiya Federasiyası Baş Qərargah rəisinin səfərindən xəbər tutub. Daha sonra Vaşinqton Ukraynadan hücumu dayandırmasını istəyib.

ABŞ-ın yüksək rütbəli rəsmisi "Biz onlara bunu etməməyi söylədik” deyib. "Biz dedik ki, "hey, bu artıq ağ olar". Mesaj çox gec getdi. Ukrayna hərbçiləri amerikalılara bildiriblər ki, onlar artıq generalın mövqeyinə hücuma başlayıblar. Zərbə zamanı onlarla rusiyalı həlak olub", - rəsmilər bildirib. 

Zərbələr nəticəsində Gerasimov xəsarət almayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->