Xəbər lenti

Abdulla Qədimbəyli:
İdman 15:27 23.10.2022

Abdulla Qədimbəyli: "Azərbaycan üçün fantastik nəticədir"

"Yaxşı iş gördük! Azərbaycan üçün fantastik nəticədir”.

Qaynarinfo xəbər verir ki, məlumatına görə, bu sözləri gənclər arasında şahmat üzrə dünya çempionatının qalibi olmuş azərbaycanlı şahmatçı Abdulla Qədimbəyli deyib.

İtaliyanın Sardiniya adasında baş tutan turnirdə qələbə qazanan Qədimbəyli qeyd edib ki, bu yarış dünyanın ən çətin turniridir: "Çətin idi, amma öhdəsindən gəldim. Birincilik qazandım. Əlimdən gələni etdim ki, qalib olum. İnanıram ki, Azərbaycan xalqı da mənimlə fəxr edir. Çünki bu, ölkəmiz üçün əla nəticədir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->