Xəbər lenti

“Açıq mikrofon”da daha çox qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı (FOTO)
Foto 18:09 17.10.2023

“Açıq mikrofon”da daha çox qaz avadanlıqlarındakı nasazlıq barədə müraciət ünvanlandı (FOTO)

Şəmkir rayonunun Bayramlı kəndində keçirilən aksiyada ümumilikdə 8 abonent qaz təchizatında üzləşdiyi problemlərdən söz açıb. 

Ünvanlanan 4 müraciət fərdi qaz tənzimləyicidəki nasazlıq haqqında olub ki, abonentlər yenisi ilə əvəzlənməsini istəyiblər. Şəmkir RQİİ-nin  məsul şəxsləri problemin yerində araşdırılacağını və yalnız bundan sonra qaz tənzimləyicinin yenisi ilə əvəzlənib-əvəzlənməyəcəyini bildiriblər. 

Qalan digər 4 abonent müxtəlifyönümlü müraciətlər ünvanlayıblar ki, bunlar da bəzi hallarda qazın təzyiqinin zəif olması, qaz xəttində yaşanan sızma və qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->