Azərbaycanda daşqın təhlükəsinə qarşı proaktiv yanaşmanın tətbiqinə ciddi ehtiyac yaranıb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini Xəyyam Məmmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-nın (BCAW 2026) ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əvvəlki dövrlərdə ölkə ərazisində intensiv daşqın prosesləri ildə orta hesabla 10–20 dəfə qeydə alınırdısa, son dövrlərdə bu rəqəm təqribən 10–15 dəfə yüksəlib:
"Bu rəqəmlər artıq təkcə infrastrukturun təkmilləşdirilməsi və hadisələrə operativ müdaxilənin yetərli olmadığını ortaya qoyur və bizdən daha proaktiv strategiyaya keçidi zəruri edir. Biz atmosferdə və çay hövzələrində gedən prosesləri real vaxt rejimində monitorinq etməli, növbəti mərhələdə hansı proseslərin yaranacağını öncədən proqnozlaşdırmalı və ehtimal olunan təhlükələri qabaqcadan təyin edərək lazımi qabaqlayıcı addımlar atmalıyıq".
O qeyd edib ki, məhz bu baxımdan rəqəmsal texnologiyaların, erkən xəbərdarlıq sistemlərinin və süni intellektin inteqrasiyası mühüm rol oynayacaq.
Şərhlər