XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

YAP-ın VIII Qurultayına hazırlıq başladı
Siyasət11:59 08.09.2026

YAP-ın VIII Qurultayına hazırlıq başladı

Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayına hazırlıq başlayıb.

Qaynarinfo APA-ya isinadən xəbər verir ki, artıq partiyanın rayon təşkilatlarının konfransları keçirilir.

Konfranslarda rayon təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyəti qiymətləndirilir, YAP-ın VIII Qurultayına nümayəndələr seçilir.

Qeyd edək ki, YAP-ın Nizamnaməsinə əsasən, qurultay Partiyanın İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılır. YAP-ın VII qurultayı 2021-ci il martın 5-də keçirilib və növbəti - VIII Qurultay bu il keçirilməlidir.

YAP-ın VIII Qurultayının tarixi partiyanın İdarə Heyətinin iclasında müəyyənləşəcək.