Xəbər lenti

AFFA əsas millimiz üçün rəqib tapdı
İdman 14:25 17.07.2026

AFFA əsas millimiz üçün rəqib tapdı

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcək.

Qaynarinfo AFFA-ya istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv 2026-cı il sentyabrın 23-də Tacikistan yığması ilə qarşılaşacaq.

Oyun "Palms Sports Arena"da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->