Xəbər lenti

AFFA
İdman 18:00 28.09.2023

AFFA "Zirə"nin şikayətini qismən təmin etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
 
Qaynarinfo-nun məlumatına görə, iclasda aşağıdakı qərarlar çıxarılıb. 

1. "Zirə” klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

2. İntizam Komitəsinin 15.09.2023-cü il tarixdə Misli Premyer Liqasının VI turunun "Zirə” – "Sumqayıt” oyununda "Zirə” klubunun 15 nömrəli futbolçusu Pyer Zebli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanması, "Zirə” klubunun 1500 manat cərimə edilməsi (maddə 39.1) barədə 19 sentyabr 2023-cü il tarixli qərarı "oyun cəzası” sanksiyası hissəsində dəyişdirilsin.
 
3. Futbolçu Pyer Zebli barəsində tətbiq olunan 2 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilsin.
 
4. Futbolçu Pyer Zebli üçün şərti cəzanın çəkilməsinə görə 3 (üç) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində İntizam Məcəlləsi ilə nəzərdə tutulmuş hər hansı pozuntunu törətdikdə 1 oyunluq cəza törədilən pozuntuya görə nəzərdə tutulmuş oyun cəzası sanksiyasının üzərinə gəlinsin.
 
5. İntizam Komitəsinin qərarı "cərimə sanksiyası” hissəsində qüvvədə saxlanılsın.
 
6. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. 
 
7. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->