
Madridin “Real” klubunun futbolçuları baş məşqçi Joze Mourinyonun iş metodlarından narazıdırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, futbolçular portuqaliyalı mütəxəssisin oyun taktikasını hazırlayarkən sistemli yanaşmaya deyil, oyunçuların fərdi ustalığına üstünlük verməsindən narazıdırlar. Bu səbəbdən “Real”ın paltardəyişmə otağında Mourinyonun fəaliyyətini fərqli qiymətləndirən bir neçə qrup yaranıb.
Joze Mourinyo “Real”ın baş məşqçisi postunda Xabi Alonsonun gedişindən sonra 2026-cı ilin yanvarında komandaya rəhbərlik edən Alvaro Arbeloanı əvəzləyib. Arbeloanın rəhbərliyi altında komanda 28 oyun keçirib, 18 qələbə qazanıb və 2025/26 mövsümünü titulsuz başa vurub. “Real” İspaniya çempionluğunu “Barselona”ya uduzub.
Mourinyo 2010–2013-cü illərdə də “Real”da çalışıb. Həmin dövrdə o, komandaya İspaniya çempionatında, ölkə kubokunda və İspaniya Superkubokunda qələbə qazandırıb.
Aydın

